Azərbaycanın Makedoniya ilə oyun üçün start heyəti
29 may 2016 00:35
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı keçiriləcək yoxlama oyunu üçün start heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millimizi aşağıdakı heyətlə meydana buraxmağa hazırlaşır:
Səlahət Ağayev, Qara Qarayev, Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Rəhman Hacıyev, Dmitri Nazarov, Araz Abdullayev, Əfran İsmayılov, Ruslan Qurbanov.
Qeyd edək ki, matç Bad Erlaxda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.