Kamal Quliyev: Cənub zonasının böyük futbolsuz qalmasını istəməzdim
28 may 2016 16:00
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev "Xəzər Lənkəra"ın böyük futboldan gedişinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu xəbər məni çox məyus etdi. Mənim üçün gözlənilməz qərar oldu. "Xəzər Lənkəran" Azərbaycan futboluna xüsusi emosiya gətirmişdi. Çox təəssüf ki, belə alındı. Vaxtilə bu komandaya böyük ümidlərlə getmişdim. İndi isə belə bir klub fəaliyyətini dayandırır. Ümid edirəm ki, tezliklə bütün problemlər yoluna qoyulacaq. Çünki Lənkəran futbolunun öz ənənələri var. Cənub zonasının böyük futbolsuz qalmasını istəməzdim".