Vüqar Əsgərov Latviyada dubla imza atdı
28 may 2016 00:45
Futbol üzrə Latviya birinci liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Tukums" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:0. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıblar. Oyundakı hər iki qolun müəllifi isə Vüqar olub. O, 73 və 79-cu dəqiqələrdə fərqlənməklə dublunu rəsmiləşdirib.
Qeyd edək ki, geridə qalan turlarda 13 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.