Elvin Məmmədov: Avrokuboklarda çıxış edəcək klublardan birinə keçə bilərəm
26 may 2016 17:00
"Zirə"nin yarımmüdafiəçisi Elvin Məmmədov son mövsümü dəyərləndirib, gələcək planlarından söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Uğurlu mövsüm keçirdiyimi hesab edirəm. "Zirə" ikinci oldu. Təəssüf ki, avrokuboklara buraxılmadıq. Həm də klubla müqaviləmin müddəti başa çatıb. Hər şeyə tezliklə aydınlıq gəlməlidir. "Qarabağ"a qayıdacağımı düşünmürəm. Amma avrokuboklarda oynayacaq klublara keçə bilərəm.
Yeni mövsümə gəlincə, fikrimcə, səkkiz komndalı çempionat keçirmək düzgün deyil. "Xəzər Lənkəran" kimi klubun dağılması çox pis oldu. Necə olacağını demək çətindir. Gözləyək".