Qurbanov Mircavadova çatdı
26 may 2016 14:30
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasına ölkə kubokunda üç kubok qazandıran üçüncü mütəxəssis olub. Azerisport.az xəbər verir ki, o, Ağdam klubu ilə 2008/09, 2014/15 və 2015/16 mövsümlərində baş mükafata sahib çıxıb.
Eyni göstəriciyə Ağasəlim Mircavadov da imza atıb. Amma o, bunlardan birini "Qarabağ"la, ikisini isə "Xəzər Lənkəran"la gerçəkləşdirib.
Rekord isə Mehman Allahverdiyevə məxsusdur. O, "Kəpəz"lə dörd dəfə ölkə kubokuna sahib çıxıb.