Yığmamızın yeni baş məşqçisi bəlli oldu
26 may 2016 13:40
Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu vəzifə braziliyalı mütəxəssis Milton Luis Ziller Juniora (qısaca olaraq, Miltinyo adlanır) həvalə olunub.
Qeyd edək ki, o, yığmamızdan bir müddət öncə istefa verən ispaniyalı Tino Peresi əvəzləyib.