Qəbələni daha 3 legioner tərk edə bilər
25 may 2016 15:00
Mövsüm başa çatan kimi, çempionatı üçüncü pillədə başa vuran "Qəbələ"ni bir neçə futbolçu tərk etdi. Azerisport.az xəbər verir ki, Aleksey Qay, Ermin Zets, Arif Daşdəmirov və Samir Zərgərovun növbəti mövsümdən bölgə təmsilçisinin formasını geyinməyəcəyi artıq dəqiqdir.
Amma istisna deyil ki, onlara daha bir neçə futbolçu qoşulsun. Məsələn, Vitali Vernidub, Aleksey Antonov və Dodonun da komandadan getməsi istisna olunmur. Son üç futbolçu ilə klub arasındakı danışıqlardan çox şey asılı olacaq.