Əsgər Abdullayev: Neftçi və Qarabağ kuboku qazanmağın yolunu yaxşı bilir
25 may 2016 13:20
"Turan Tovuz"un baş məşqçisi, iki dəfə ölkə kubokunu başı üzərinə qaldırmış Əsgər Abdullayev "Neftçi" və "Qarabağ" arasında bu gün baş tutacaq final matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandanın qalib gəlmək üçün yaxşı şansı var. Ölkənin iki böyük klubu üz-üzə gəlir. Həm "Qarabağ", həm də "Neftçi" bu turnirin necə qalibi olmaq lazım olduğunu yaxşı blir. Hər ikisinə uğurlar arzulayıram. Proqnoz vermək çətindir. Baş məşqçi kimi iki dəfə bu kuboku qazanmışam. Bunun Qurban Qurbanovla Vəli Qasımov üçün də önəmli olduğunu yaxşı anlayıram. Çünki uzun illər yadda qalır. Hər iki mütəxəssis öz klubu üçün nəticə vermək istəyir. Bu, bir tarixdir".