Qəbələnin yarımmüdafiəçisi İstanbulda əməliyyat olundu
25 may 2016 11:15
Ötən gün "Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalov İstanbulda "Medicana" xəstəxanasında əməliyyat olunub. Azerisport.az xəbər verir ki, əməliyyat uğurla sona çatıb.
Camalov 2 həftə sonra fərdi çalışmalara başlayacaq. 4 həftə sonra isə Elvinin komanda ilə məşqlərə qatılması gözlənilir.