Samir Abasov: Çətin ki, onu heyətdə saxlaya bilək
24 may 2016 16:00
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov komandanı bir neçə futbolçunun tərk etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağabala Ramazanovla Slavik Alxasov getdi. "İnter"ə keçdiklərini eşitmişəm. Səlahət Ağayev komandada qalmaq istəmir. Daha iddialı klubda oynamaq istəyir. O, buna layiqdir. Pərdis Fərcad-Azadın xidmətindən özümüz imtina etdik. "İnter"in onun xidmətində maraqlı olacağına şübhə edirəm. Komandanı tərk edənlər arasında Cəmil Hacıyev də var. Qalan futbolçuları saxlamaq istəyirik. Vaqif Cavadovun taleyi hələ məlum deyil. Mən onun qalmasını istəyirəm. Amma yaxşı təklif alsa, çətin ki, biz onu saxlaya bilək".