Qəbələ bürünc medallarını nə vaxt alacaq?
23 may 2016 14:30
Topaz Premyer Liqasının 2015/16 mövsümünü üçüncü pillədə başa vuran "Qəbələ" bürünc medallarını hələ də almayıb. Azerisport.az saytına Peşəkar Futbol Liqasından verilən məlumata görə, komanda üzvləri son turunda "Kəpəz"lə səfər oyunundan dərhal sonra vətənlərinə yola düşdüyündən, medalları onlara təqdim etmək mümkün olmayıb.
Bu üzdən də PFL "Qəbələ"ni iyun ayının ortalarında mükafatlandırmağı planlaşdırır. Hansı ki, Roman Qriqorçukun komandası məhz həmin tarixdən etibarən hazırlığa başlayacaq.