Vəli Qasımov: Millimizi Belçika və Şotlandiya ilə oyunlarda dəstəkləmək lazımdır
6 may 2016 14:30
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov 17 yaşadək futbolçulardan ibarət yığmamızın AÇ-2016-nın final mərhələsi çərçivəsindəki ilk oyunda Portuqaliyaya 0:5 hesablı məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamız ötən gün pis oynadığına görə böyük hesabla uduzdu. Amma buna baxmayaraq, komandamızı dəstəkləmək lazımdır. İlk oyunda qətiyyən bəxtimiz gətirmədi. İlk dəqiqələrdən qapımızda qol gördük. Belə qoldan sonra toparlanmaq çətin olur. Uşaqlar bir növ "yandılar". Amma bu, həyatın sonu deyil. Qarşıda iki oyun da var. Millimizi Belçika və Şotlandiya ilə görüşlərdə də dəstəkləmək lazımdır. Ümid edirəm ki, növbəti oyunlarda futbolçularımız daha yaxşı çıxış edəcəklər".