Mahmud Qurbanov: Millimizə çətin olacaq, amma uğur qazanacaqlarına ümidliyəm
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov U-17 millimizin Bakıda təşkil edilən AÇ-2016-da Portuqaliyaya qarşı keçirəcəyi ilk oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamıza bu turnirdə çox çətin olacaq. Çünki millimiz çox çətin qrupa düşüb. Amma ümid edirəm ki, futbolçularımız uğurlu çıxış edə biləcəklər. Yığmaya uğurlar arzulayıram. Azərbaycan ilk oyununda qrupun favoriti Portuqaliya ilə qarşılaşacaq. İlk oyunda uğur qazanmaq yaxşı olardı. AÇ-nin favoritinə glincə, bu yaş qrupu üzrə komandaları o qədər də yaxşı tanımıram. Amma düşünürəm ki, maraqlı çempionat olacaq. Renat Dadaşovun Almaniya yığmasının heyətində necə oynayacağı da maraqlıdır. Ümid edirəm ki, o, yaxşı çıxış edəcək və komandasının əsas heyət üzvünə çevriləcək".