Qurban Qurbanov: Bizim üçün harada oynamağın fərqi yoxdur
5 may 2016 14:00
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Peşəkar Futbol Liqasının Azərbaycan Kubokunun "Neftçi" ilə final matçını Masazırdakı "Əlincə Arena"da keçirmək istəməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"PFL-in fikrinə hörmətlə yanaşırıq. Bu, onların qərarıdır. Final matçı harada keçirilirsə keçirilsin, əsas odur ki, vəziyyəti yaxşı olsun. Çünki bu, komandaların daha yaxşı futbol oynamasına kömək edəcək. "Əlincə Arena"ya gəlincə, çox yaxşı stadiondur. Bunu həm vizual, həm də qazon baxımından demək olar. "Neftçi" də mayın 7-də keçirəcəyi çempionat oyununda buna şahid olacaq. Bizim üçün harada oynamağın fərqi yoxdur".