Rəşad Qasımov: Zaur Svanadzenin İnterdə qalmasını istəyirik
5 may 2016 00:15
"İnter"in prezidenti Rəşad Qasımov Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab matçını (0:1, ilk oyun - 0:4) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz "Rəvan"a yox, "Qarabağ"a uduzduq. Qarşıda çempionat oyunları var. Həmin oyunların nəticəsinə əsasən həm üçüncü ola bilərik, həm də beşinci. Yayda komandada ciddi dəyişiklik olmayacaq. Bizim onsuz da çox legionerimiz yoxdur. Transfer məsələləri ilə yayda məşğul olacağıq. Zaur Svanadze isə getməyəcək. Əlbəttə, hansısa fors-major mümkündür. Sabah biz özümüz də işə getməyə bilərik. Amma bizim Svanadze ilə müqaviləmiz var və onun "İnter"də qalmasını istəyirik".