İnter daha bir futbolçusunu itirdi
3 may 2016 15:45
"İnter" Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi cavab matçına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, doğma meydanda baş tutan ilk oyunda 0:4 hesabıyla uduzan "bankirlər"in heyətində itkilər var.
Belə ki, Topaz Premyer Liqasının 32-ci turunda "Sumqayıt"la oyunda ağır zədə alan Rauf Əliyev "Qarabağ"la görüşdə komandasına kömə edə bilməyəcək. Onun təxminən 10 gün istirahət etməsi lazımdır. Elə bir o qədər müddət ərzində gürcü müdafiəçi Zurab Xizanişvili də "İnter"ə kömək edə bilməyəcək. O da sumqayıtlılarla oyunda sıradan çıxmışdı.