Stanislav Namaşko: XL ilə matçda bəxtimiz də gətirdi
3 may 2016 00:15
AZAL-ın qapıçısı Stanislav Namaşko Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun oldu. İlk 15 dəqiqədə rəqib komanda daha fəal idi. "Xəzər Lənkəran" oyuna çox yaxşı başlamışdı. Ona görə də matçın əvvəlində çox çətinlik çəkdik. Ola bilər ki, hətta bəxtimiz də gətirdi. Rəqib oyunçular yaxşı top saxlayırdılar, Amma biz sonradan da olsa, özümüzə gəldik. Fasilədə Tərlan Əhmədov komanda ilə söhbət etdi, izah etdi ki, səhvlərə yol verməmək lazımdır. Biz də onun dediklərini həyata keçirdik. İkinci hissənin asan alındığını deməzdim. Amma ilk yarı ilə müqayisədə daha yaxşı alındı".