Rauf Əliyevin həyati qorxusu yoxdur
2 may 2016 11:20
Xəbər verdiyimiz kimi, "İnter"in hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Sumqayıt"a qarşı ev oyununu sonunda ağır zədə alaraq, təcili xəstəxanaya aparılmışdı. Azerisport.az xəbər verir ki, ötən gün həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra futbolçu özünə gəlib.
Hazırda onun həyati qorxusu yoxdur. Bu gün Əliyevin evə buraxılması gözlənilir. Amma o, müalicəsini ev şəraitində davam etdirməli olacaq. Futbolçunun məşqlərə nə vaxt başlayacağı isə hələ dəqiq bilinmir.