Qəbələ çempion oldu
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 32-ci turun daha 3 oyunu keçirilib. Azerisport.az xəbər verir ki, bu gün baş tutan oyunlardan sonra çempionun da kimliyinə aydınlıq gəlib.
Belə ki, əsas izləyiciləri "Sumqayıt"la "Qarabağ"ın xal itirdiyi gündə "Neftçi"ni doğma meydanda darmadağın edən "Qəbələ" sona 4 tur qalmış çempionluğu özü üçün təmin edib.
Əvəzedicilərin çempionatı
32-ci tur
30 aprel
“İnter” - “Sumqayıt” - 2:2
Qollar: Fərahim Budaqov, 12. Mənsur Nəhavəndi, 40 - Nurlan Əhmədov, 18. Pərdis-Fərcad Azad, 53.
“Qəbələ” - “Neftçi” - 3:0
Qollar: Sahil Mirzəyev, 11, Ramil Hasanov, 13. Ülvi İsgəndərov, 75.
“Zirə” - “Qarabağ” - 1:1
Qollar: Vüsal İsgəndərli, 48-pen. - Əl Hərbi Əl Jadeyui, 31.
1 | Qəbələ | 32 | 23 | 3 | 6 | 82-29 | 72 |
2 | Sumqayıt | 32 | 17 | 8 | 7 | 61-35 | 59 |
3 | Qarabağ | 32 | 16 | 9 | 7 | 50-29 | 57 |
4 | Kəpəz | 31 | 13 | 10 | 8 | 47-40 | 49 |
5 | Neftçi | 32 | 14 | 6 | 12 | 59-43 | 48 |
6 | Zirə | 32 | 13 | 6 | 13 | 46-49 | 45 |
7 | İnter | 32 | 10 | 5 | 17 | 53-64 | 35 |
8 | Rəvan | 31 | 10 | 2 | 19 | 39-62 | 32 |
9 | AZAL | 32 | 8 | 6 | 18 | 40-67 | 30 |
10 | Xəzər Lənkəran | 32 | 6 | 3 | 23 | 32-91 | 21 |
Ehtiram Şahverdiyev ("Qəbələ") - 20 qol |