Dodo: Neftçi ilə oyun bizim üçün finala bərabərdir
30 aprel 2016 15:30
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib
"Neftçi" ilə oyunda maksimum nəticə qazanmağa çalışacağıq Bu, bizim Avropa Liqasına vəsiqə qazanmaq şansımızı xeyli yaxşılaşdıracaq. Qələbə qazana bilməsək, durumumuzu pisləşdirmiş olacağıq. Ona görə də qarşıdakı görüş bizim üçün finala bərabərdir".
Dodo həmçinin gələcək taleyi ilə də bağlı fikirlərini bildirib: "Qəbələ" ilə gələcək əməkdaşlığımıza dair qərar verməmişik. Öncə mövsümün başa çatmasını gözləmək lazımdır. Yalnız ondan sonra nəyin necə olacağı dəqiqləşəcək". (Futebol Interior)