Qarabağ İnter Arenadan imtina edir
30 aprel 2016 15:00
"Qarabağ" "İnter Arena"dan imtina edə bilər. Azerisport.az xəbər verir ki, Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komadalar arasındakı Avropa çempionatının bəzi oyunları "Azərsun Arena"da keçiriləcəyinə görə, Ağdam klubu may ayındakı ev oyunlarını "İnter"in stadionunda keçirməyə qərar vermişdi.
Amma ağdamlılar hazırda "Əlincə" stadionunun rəhbərliyi ilə danışıq aparır. Bu arena "İnter Arena"dan fərqli təbii ot örtüyünə malikdir. Lakin "Qarabağ" 33-cü turun "Sumqayıt"la ev oyununu "İnter Arena"da keçirməli olacaq. Çünki "Əlincə"də "Neftçi" AZAL-la qarşılaşacaq.