Səməd Qurbanov: Həmin epizodda aşkar penalti olduğunu deməzdim
29 aprel 2016 20:45
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunun hakimliyi ilə bağlı yaranan narazılığa münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hakimlərə bu qədər güclü təzyiq göstərmək lazım deyil. Ola bilər ki, səhv edib. Hər kəs səhvə yol verə bilər. Ruslan Qurbanovun epizodunda da hakim fərqli qərar qəbul edə bilərdi. Əliyar Ağayev yaxşı hakimdir. Belə bir hakimi məhv etmək olmaz. Aleksey Qayın mübahisəli epizoduna baxdım. Deməzdim ki, orada aşkar penalti var idi. Əllinin əlliyə. Biz də hakim səhvlərindən az ziyan görməmişik".