Sezar Meza Kolli: 0:4 hesabı ilə uduzacağımızı gözləmirdim
29 aprel 2016 20:30
"İnter"in yarımmüdafiəçisi Sezar Meza Kolli komandasının növbəti oyunlarında meydana çıxmağa hazırdır. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Artıq məşqlərə başlamışam. "Sumqayıt"la oyunda meydana çıxmaq, komandama kömək etmək istəyirəm. Komandamızın "Qarabağ"la kubok oyununa bxdım. Düzünü deyim ki, 0:4 hesabıyla uduzacağımızı gözləmirdim. Amma bu barədə çox danışmağa dəyməz. Qarşıda Ağdam klubu ilə daha bir oyunumuz var. Görək, həmin oyunda nə olacaq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".