Juninyo: Rəvana qol vurmaq və komandama kömək etmək istəyirəm
28 aprel 2016 18:40
"Kəpəz"in yarımmüdafiəçisi Juninyo Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizəmizi davam etdiririk. İndi 49 xalımız var. Amma onu artırmaq istəyirik. Sona qədər mübarizə aparacağıq. Qarşıda bizi "Rəvan"la oyun gözləyir. Bizim üçün növbəti üç xalı qazanmaq çox vacib idi. Bu görüşdə qol vurmaqla komandama kömək etməyə çalışacağam".