Elnur Cəfərov: İspanlarla 3 illik müqavilə imzalayacağam
25 aprel 2016 15:30
Azərbaycanın gənclərdən ibarət yığma komandasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərov "Kəpəz"in düşərgəsində məşqlərə başlamasına dair fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İspaniyaya iyun ayında yollanacağam. Hazırda isə "Kəpəz"də məşq edirəm. AFFA rəhbərliyi sağ olsun ki, bu məsələdə öz köməyini göstərdi. Mövsümün sonunadək burada hazırlaşacağam. Məsuliyyət hissi daha da artıb. Çünki orada ölkəmizi təmsil edəcəyəm. "Real Ovyedo" ilə üç illik müqavilə bağlamaq nəzərdə tutulub".