Elnur Cəfərov Kəpəzi seçdi
25 aprel 2016 14:45
Azərbaycanın gənclərdən ibarət yığma komandasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərovun yayda İspaniyanın "Real Ovyedo" klubuna keçəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, millimizin üzvü cənub klubundan qış fasiləsi zamanı uzaqlaşdırıldığı üçün fəal məşqlərdən kənar qalmışdı.
Məhz bu üzdən formada qalmaq istəyən Cəfərov "Kəpəz"in düşərgəsinə yollanıb. O, artıq dörd gündür Gəncə klubunun düşərgəsində məşq edir. Elnur mövsümün sonuna qədər Şahin Diniyevin rəhbəriyi altında hazırlıq keçəcək.