Tərlan Əhmədov: Avroliqaya vəsiqə qazanmaq üçün sonadək mübarizə aparacağıq
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Komandada həyəcan var idi. Uşaqlar "Kəpəz"ə məğlubiyyətdən sonra motivasiyalı idilər. "İnter"lə oyunlarımız həmişə çətin alınır. Bəzi anlarda futbolçular arasında aqressivlik hiss olunurdu. Etiraf edim ki, bizim üçün "İnter"ə qarşı oynamaq çox çətindir. Uşaqlara qazanılan bir xala görə təşəkkürümü bildirirəm. Komandamızın Avropa Liqasına vəsiqə qazanmaq şansı var və bu yolda mübarizəmizi sona qədər davam etdirəcəyik. Yeni transferimiz Adan Koronadoya gəlincə, o, topla yaxşı davranır. Biz kömək edəcəyinə inanıram. Meksikalı bizə lazımlı futbolçudur". (СВС)