Zaur Svanadze: Əvvəlki oyunlarla müqayisədə AZAL-a qarşı yaxşı çıxış etmədik
13 fevral 2016 17:30
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Oyun gərgin alındı. AZAL-la oyunlarımız həmişə belə keçir. Əvvəlki oyunlarla müqayisədə bu dəfə elə də yaxşı çıxış etmədik. Qol vurmaq üçün şanslarımız oldu, amma yenə də yararlana bilmədik. Ən yaxşı bombardirimizin komandadangetməsi sözünü deyir. Yeni gələn futbolçuların oyununa qiymət vermək hələ çətindir. Yeni rəhbərliyin işini yaxşı qiymətləndirirəm". (CBC)