Hollandiya yığmasının baş məşqçisi millimizə rəqib olmalarından danışdı
13 fevral 2016 11:20
Futzal üzrə Hollandiya yığmasının baş məşqçisi Marsel Lusveld dünya çempionatına vəsiqə qazanmaq üçün Azərbaycana qarşı keçirəcəkləri pley-off oyunlarından danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının millimizə rəqib olmasını belə şərh edib:
"Bu mərhələdə zəif rəqib olmur. Püşkatma bizim üçün daha pis nəticələnə bilərdi. Dünya çempionatına Avropadan cəmi yeddi komanda yollanacaq. Bu üzdən də bizi çox güclü rəqiblə oyunlar gözləyir".
Qeyd edək ki, Azərbaycan və Hollandiya arasındakı ilk oyun martın 22-də, cavab görüşü isə aprelin 12-də baş tutacaq.
Hollandiya və Azərbaycan yığmaları əvvəllər 4 dəfə qarşılaşıblar: +1=1-2.