Əsgər Abdullayev: Nikolas Kanales Neftçini daha da gücləndirəcək
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyundan və Nikolas Kanalesin yenidən bu kluba qayıtmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"la matç bizim üçün Premyer Liqanın növbəti oyunlarından biridir. "Böyük oyun"? Mənim üçün hər bir matç prinsipialdır. Heç bir rəqibi fərqləndirmirəm. Təəssüf ki, bu oyuna itkisiz çıxmaq mümkün olmayacaq. Məqsəd İsayev zədəlidir, Məhəmməd Qurbanovun meydana çıxması sual altındadır. Ruslan Qurbanovla Jayro da cəzalı olduğu üçün oynamayacaq.
Kanalesə gəlincə, komandamızın hücum xəttində problem var. Bu üzdən də bizə hücumçu lazımdır. Kanales klubumuza keçsə, bu problemin həllində bizə köməyi dəyəcək. O, "Neftçi"ni gücləndirəcək".