Böyükağa Hacıyev Nikolas Kanalesin ölkəmizə mümkün qayıdışından danışdı
12 fevral 2016 00:15
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bu komandanın sabiq hücumçusu Nikolas Kanalesin yenidən Azərbaycana qayıdacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kanalesin Azərbaycana qayıdacağını eşitmişəm. Nikolas yaxşı futbolçudur. Amma indi onun hansı formada olduğunu bilmirəm. Ona görə şərh vermək istəməzdim".