AZAL avrokuboklar üçün iki stadion seçdi
11 fevral 2016 18:15
AZAL bütün maliyyə çətinliklərinə baxmayaraq, avrokuboklara vəsiqə qazanacağı halda qitə arenasında Azərbaycanı təmsil etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, artıq klub bununla bağlı AFFA-nın lisenziyalaşdırma qrupuna müvafiq sənədləri təqdim edib.
"Təyyarəçilər" avrokuboklardakı ev oyunlarını keçirmək üçün əsas stadion kimi "AZAL Arena"nı seçiblər. Ehtiyat stadion kimi isə "Dalğa Arena" göstərilib.