Laşa Salukvadze: İnter qara zolağa düşüb
11 fevral 2016 16:45
"İnter"in müdafiəçisi Laşa Salukvadze Topaz Premyer Liqasının qış fasiləsindən sonra uğursuz çıxış etmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qış fasiləsi zamanı yaxşı hazırlaşmışdıq. Amma ilk oyunlarda bəxtimiz gətirmədi. Komanda sanki "qara zolağ"a düşüb. "Qəbələ" ilə oyunda (0:1) çalışdıq, qol vəziyyətlərimiz də oldu, qolu isə rəqib vurdu. Qarşıda AZAL-la oyun var. Qələbə qazanmaq lazımdır. Başqa variant yoxdur".