Elbrus Məmmədov: Bunun Qarabağ tərəfindən təşkil edildiyinə inanmıram
11 fevral 2016 13:45
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyunda meydan sahibi komandanın azarkeşlərinin qazona limon atmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bunu məhz "Qarabağ" klubunun təşkil etdiyinə inanmıram. Bunu nə etdiklərini düşünməyən azarkeşlərin işidir. Bu, düzgün hərəkət deyil. Həmin azarkeşlər bununla nə demək istəyirdilər ki? Böyük ehtimalla onlar nə etdiklərini bilməyən uşaqlardır. Məndə olan məlumata görə, "Qarabağ"ın fan klubu məsuliyyəti öz üzərinə götürüb və hətta üzr də istəyib. Amma əsl üzrxahlıq belə olmur".