Emin Nurinin komandası 8 klub arasında sonuncu oldu
İsveçin "Kalmar" klubu "Atlantic Cup" turnirində iştirak edib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Nurinin komandası 8 klubun iştirak etdiyi turnirdə sonuncu yeri tutub.
Belə ki, futbolçumuzun komandası öncə İsveçin digər klubu "Örebro"ya 0:1 hesabıyla uduzub. Daha sonra "Kalmar" Çexiyanın "Yablonets" komandasına da 1:2 hesabıyla məğlub olub. Nəticədə, futbolçumuzun komandası qrup sonuncusu olub. Qrup sonuncularının 7-ci yer uğrunda keçirdiyi qarşılaşmada isə "Kalmar" Danimarka "Bröndbü"sünə uduzub və sonuncu yerlə kifayətlənməli olub.
Emin bu qarşılaşmaların hamısında meydana start heyətdə çıxıb. O, ilk qarşılaşmada 33-cü dəqiqədə əvəzlənib və sarı vərəqə almaqla kifayətlənib. Son iki görüşdə isə həmyerlimiz 90 dəqiqə mübarizə aparıb.