"Məğlub olmusansa, çox danışmaq münasib deyil"
10 fevral 2016 00:05
Futzal üzrə AÇ-nin 1/4 final mərhələsində keçirilmiş Rusiya - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Tino Peres açıqlama verib. Azerisport.az xəbər verir ki, o, 2:6 hesablı məğlubiyyəti belə şərh edib:
“İlk növbədə, Rusiya millisini qələbə qazanması və növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Bu fikrimi növbəti dəfə səsləndirirəm ki, məğlub olmusansa, çox danışmaq münasib deyil. Əlbəttə, uduzmaq istəmirdik. Müəyyən epizodlarda qol vurmaq şanslarımız da oldu, lakin yararlana bilmədik. Rəqib isə təcrübəsi hesabına qələbə qazana bildi. Hesabın böyük olması isə son 2 dəqiqədə daha çox risk etməyimizlə bağlı idi”.