Sumqayıt Qəbələ ilə oyunun hazırlığına start verib
9 fevral 2016 18:20
Topaz Premyer Liqasının 21-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" 1 günlük istirahəti başa vurub. Azerisport.az xəbər verir ki, komanda bu gün Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da məşqə çıxıb.
Zədəli olduğu üçün "Zirə" ilə qarşılaşmada iştirak etməyən Cəmil Hacıyev artıq məşqlərə başlayıb. Adıçəkilən futbolçu hələki fərdi məşqlərlə kifayətlənir. Vaqif Cavadov isə tam sağalaraq kollektivlə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu fevralın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 17:30-da başlayacaq. (klub saytı)