Azərbaycan Rusiyaya qalib gələ bilməyib
Bu gün Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycan - Rusiya qarşılaşması baş tutaaq. Azerisport.az xəbər verir ki, bu, sözügedən komandaların altıncı qarşılaşması olacaq.
Əvvəlki beş oyundan dördündə ruslar qələbə qazanıblar. Bir oyunda isə heç-heçə qeydə alınıb:
20.01.2001. Rusiya – Azərbaycan - 6:1 (3:1). Moskva. Rusiya. Yoxlama oyunu.
21.01.2001. Rusiya – Azərbaycan - 10:1 (5:0). Moskva. Rusiya. Yoxlama oyunu.
27.01.2004. Rusiya – Azərbaycan - 5:0 (1:0). Zrenyanin. Serbiya və Çernoqoriya. Avropa çempionatının seçmə mərhələ oyunu.
27.03.2012. Azərbaycan – Rusiya - 2:3 (0:1). Bakı. Azərbaycan. Dünya çempionatının seçmə mərhələ oyunu.
09.04.2012. Rusiya – Azərbaycan - 2:2 (1:1). Tümen. Rusiya. Dünya çempionatının seçmə mərhələ oyunu.
Qeyd edək ki, Rusiya dünya reytinqində 1734 xalla üçüncü pillədə qərarlaşıb. Azərbaycan millisi isə 1401 xalla 12-cidir.