Qəbələ braziliyalıdan imtina etdi
9 fevral 2016 12:45
"Qəbələ" baxışa çağırdığı braziliyalı hücumçu Emerson Britadan imtina edib. Azerisport.az xəbər verir ki, yanvar ayından bölgə klubunda baxışda olan futbolçu baş məşqçi Roman Qriqorçukun xoşuna gəlməyib.
Hətta komandanın yoxlama oyunlarında və məşqlərində də iştirak edən braziliyalı forvard yaxın günlərdə geri qaytarılacaq.
Əvəzində "Qəbələ", Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevlə müqavilə bağlamağa hazırlaşır. Sadəcə, Ukrayna Futbol Federasiyası bunun üçün razılıq məktubunu yollamadığından, futbolçu ilə münasibətləri rəsmiləşdirmək gecikir.