Fineo de Araujo: Rusiyaya qalib gələcəyimizə inanıram
Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Fineo de Araujo Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində baş tutacaq Rusiya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İtaliyanın Çexiyaya qalib gələcəyini gözləyirdim. Son Avropa çempionunun nə qədər güclü komanda olduğunu hamı yaxşı bilir. Ona görə də yekun nəticə (7:0) məni təəccübləndirmədi. Biz də onların bu qələbəsi sayəsində 1/4 finala adladıq.
Qarşıda bizi Rusiya ilə oyun gözləyir. Bu komanda da çox güclüdür. Heyətində Eder, Robinyo, Romulo kimi güclü oyunçular çıxış edir. Onların hər biri matçın gedişatını dəyişməyə qadirdir. Ona görə də bu görüşdə maksimum diqqətl oynamalıyıq, az səhvə yol verməliyik və komanda oyunu sərgiləməliyik ki, qol vuraq. Uğur qazanacağımıza inanıram. Çünki komandamızın böyük potensialı var".