Türklər Mirkamil Həşimlinin Rəvanda heyətə düşə bilməməsindən yazdılar
Türkiyə mətbuatı "Fənərbağça"nın və Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü Mirkamil Həşimli ilə bağlı yazı dərc edib. Azerisport.az xəbər verir ki, yazıda 19 yaşlı perspektivli futbolçunun hazırda Premyer Liqamızın aşkar autsayderi "Rəvan"da çıxış etməsi qeyd olunub.
"Fənərbağça"da oynamış futbolçu hazırda Azərbaycanda çıxış edə bilmir. 19 yaşlı futbolçu Premyer Liqa oyunlarında ehtiyatda qalır. Həşimli sonuncu dəfə 19-cu turun "Xəzər Lənkəran"la oyununda - 83-cü dəqiqədə meydana çıxıb. "Fənərbağça"dan sonra o, "Neftçi"yə, daha sonra isə "Zirə"yə yollansa da, oynamaq imkanı qazanmadı. O, İstanbul nəhənginin heyəyində böyük ümid doğururdu və gələcəyin ulduzlarından hesab olunurdu. Amma indi o, "Rəvan"dadır və belə aydın olur ki, ac qalmamaq üçün oynayır. Həşimli ilinə 6000 dollar alır. "Rəvan" aşağı diviziona düşsə, bu məbləğ ikiqat azalacaq".