Hakimlərimizə yeni təyinat
8 fevral 2016 16:40
FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb. Azerisport.az xəbər verir ki, hakimlərimiz martın 23-dən 30-dək Hollandiyada keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər.
Bu qrupda Hollandiya, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaq. (AFFA)