Menikelli: Azərbaycan 5-ci meydan oyunçusundan fərqli stildə yararlanır
8 fevral 2016 12:00
Futzal üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Menikelli D qrupunda birgə mübarizə apardıqları Azərbaycan millisinin oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, "Futbolrevyu"ya açıqlamasında bunları söyləyib:
"Başa düşmək lazımdır ki, onlar beşinci meydan oyunçusundan tamamilə fərqli, klassik stildə istifadə edirlər. Qazaxıstan isə bundan başqa cür yararlanır. Buna nə dərəcədə yaxşı hazırlaşa biləcəyimizi qarşıdakı oyun göstərəcək".
Qeyd edək ki, İtaliya qrupda yığmamıza 3:0 hesabıyla qalib gəlmişdi. 1/4 finalda isə italiyalıları Qazaxıstanla görüş gözləyir. Azərbaycan yığması da növbəti mərhələdə Rusiya ilə üz-üzə gələcək.