İtaliya çexləri darmadağın etdi, Azərbaycan AÇ-nin 1/4 finalına yüksəldi
8 fevral 2016 01:35
Serbiyanın paytaxtı Belqradda təşkil olunan futzal üzrə Avropa çempionatının final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə Azərbaycan yığmasının yer aldığı D qrupunun oyunlarına yekun vurulub.
Belə ki, qrupun son oyununda Çexiya və İtaliya yığmaları qarşılaşıb. Oyun italiyalıların 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra ilk oyununda da millimizi 3:0 hesabıyla məğlub etmiş İtaliya yığması yüz faizlik nəticə ilə 1/4 finala qrup birincisi kimi yüksəlib. Çexiyaya 6:5 hesabıyla qalib gəlmiş Azərbaycan yığması da qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Qrupdakı son durum: İtaliya - 6 xal, Azərbaycan 3 - Çexiya - 0.