Nazarov oynadı, Karlsrue xal itirdi
8 fevral 2016 00:05
Almaniya ikinci Bundesliqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Frankfurt" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb. Nazarov bu görüşün 57-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 26 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.