Zaur Svanadze: İnterin toparlanması lazımdır
7 fevral 2016 20:00
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu il keçirdiyimiz hər iki çempionat oyununda uduzmuşuq. Toparlanmaq lazımdır. Bizə qol vəziyyətlərini boşa verməkdən başqa heç nə mane olmur. Sabit olaraq qol vurmağa başlasaq, hər şey qaydasına düşərdi. Bu gün güclü külək də bizə az mane olmadı. Amma bu, rəqib üçün də eyni dərəcədə problem yaradırdı". (CBC)