XL hakimin qırmızı vərəqə qərarından narazıdır
7 fevral 2016 00:20
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşdığı "Qarabağ"la oyunun hakimliyindən şikayətçidir. Azerisport.az xəbər verir ki, cənub klubu qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun müdafiəçi Ruslan Cəfərova göstərdiyi ikinci sarı vərəqə ilə razı deyil.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, onlar həmin epizod zamanı təyin olunan penaltiyə etiraz etmirlər. Amma Cəfərova ikinci sarı vərəqə səhvən göstərilib və onlar bununla bağlı etirazlarını bildirəcəklər. AFFA-nın Cəfərovu bağışlayıb-bağışlamayacağı isə İntizam Komitəsinin növbəti iclasından sonra bilinəcək.