Adil Nağıyev: Zirə mövqeyini qorumaq üçün hər oyuna qələbə üçün çıxır
6 fevral 2016 13:00
"Zirə"nin müdafiəçisi Adil Nağıyev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin səfər oyunu gözləyir. Buna baxmayaraq, müsbət nəticəyə nail olmağa çalışacağıq. Bizim özümüzdən aşağıda qərarlaşan komandalarla xal fərqimiz çox azdır. Ona görə də hər bir oyuna qələbə üçün çıxırıq. Hansısa proqnoz verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, məşqçilərimizin bütün tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. "İnter" üzərində çətin qələbədən sonra komandamızda atmosfer daha da yaxşılaşıb. Hər bir qələbə özünəinamı daha da artırır".