AFFA Kamran Ağayevi əfv etmədi
6 fevral 2016 11:20
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “İnter"in futbolçusu Kamran Ağayevlə bağlı müraciətinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
AFFA-nın İntizam Komitəsinin futbolçu Kamran Ağayev barədə çıxardığı qərar (3 oyunluq kənarlaşdırma) qüvvəsində saxlanılsın.