Yasin Həmid: Hakim qırmızı vərəqə verməkdə haqlı idi
6 fevral 2016 00:45
"Rəvan"ın hücumçusu Yasin Həmid Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Qırmızı vərəqə epizodunda Ramosu yıxmalı deyildim. Hakim məni meydandan qovmaqda haqlı idi. Qırmızı vərəqəni görəndə emosiyalarımı saxlaya bilmədim. Ona görə də mübahisə yarandı".